Dayanacaq, bilet kassası, bankomat, ödəniş terminalı, ticarət, iş, xidmət obyektlərinin qarşısında növbədə maska tələbi aradan qaldırılır

Dayanacaq, bilet kassası, bankomat, ödəniş terminalı, ticarət, iş, xidmət obyektlərinin qarşısında növbədə maska tələbi aradan qaldırılır
# 26 may 2021 18:01 (UTC +04:00)

İctimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə maska tələbi aradan qaldırılır.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında əksini tapıb.

Qərara əsasən, insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda da maskadan istifadə tələbi aradan qaldırılır.

Bu qərar 2021-ci il 31 may saat 06:00-dan qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR