DİM sədri: "III qrupda bütün ixtisaslar üzrə coğrafiya fənnindən imtahan nəzərdə tutulmayıb”

Məlyekə Abbaszadə

© APA | Məlyekə Abbaszadə

# 28 oktyabr 2021 12:49 (UTC +04:00)

“Gələcəkdə III qrupda bütün ixtisaslar üzrə coğrafiya fənnindən imtahan salınması nəzərdə tutulmayıb”.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, I ixtisas qrupunda informatika əlavə fənn olacaq: “Amma yenə də ixtisaslar III qrupdakı kimi iki altqrupa bölünəcək. Kim yalnız beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasını seçmək istəyirsə, bir dəfə imtahana gəlib ana dili, coğrafiya, tarix fənlərindən imtahan verə bilərlər. Onlar yalnız bu ixtisasları seçə bilərlər”.

DİM sədri deyib ki, eyni məntiq I qrupda da olacaq, kim yalnız informatika ixtisasını istəyirsə, riyaziyyat, fizika və informatikadan imtahan verə bilər: “Amma onlar seçim imkanlarını məhdudlaşdırırlar. Kimsə I qrupda yalnız kimya üzrə seçim edəcəksə, onlar ənənəvi olaraq, riyaziyyat, kimya və fizikadan imtahan verəcək. Bütün bunlar abituriyentlərin öz istədiklərindən asılıdır”.

M. Abbaszadə onu da əlavə edib ki, coğrafiya ilə bağlı dəyişiklik 2022-2023, informatika ilə bağlı dəyişiklik isə 2023-2024-cü tədris ilindən tətbiq ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR