Din xadimləri Yuxarı Gövhər Ağa məscidində Quran oxuyub, camaat namazı qılıblar - FOTOLENT

Din xadimləri Yuxarı Gövhər Ağa məscidində Quran oxuyub, camaat namazı qılıblar - FOTOLENT
# 11 iyul 2021 13:30 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki dini konfessiya rəhbərlərinin Şuşa şəhərinə səfəri davam edir.

APA-nın Şuşaya ezam olunan müxbirinin məlumatına görə, səfər iştirakçıları Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.

Məsciddə Quran oxunub, camaat namazı qılınıb, dualar oxunub.

Türkiyənin Azərbaycandakı səfirliyinin dini müşaviri Zəki Yavuz Yılmaz da Yuxarı Gövhər Ağa məscidində “Yasin tapşırma” duası oxuyub, şəhidləri yad edib.

Qeyd edək ki, səfərdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR