DMX sədri: “6 ayda ölkəyə gələn əcnəbilərin sayında azalma var”

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov

© APA | Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov

# 28 iyul 2021 14:28 (UTC +04:00)

“Bu ilin 6 ayında ölkəyə gələn əcnəbilərin sayında azalma mövcuddur. Bu səbəbdən olduğu yer üzrə qeydiyyatda da 2,3 dəfə azalma var”.

APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qurumun 6 aylıq fəaliyyəti ilə bağlı keçirilən onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müvəqqəti və daimi yaşamada artım var: “Müvəqqəti yaşama icazəsi 2,3 dəfə, daimi yaşama icazəsi 33,3 faiz artıb. İş icazəsi bu ilin 6 ayında 32,4 faiz artıb. Vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün müraciət sayında 19,3 artım var. Readmisiya olunan şəxslər 2 dəfə artıb. Ölkəyə gələn əcnəbilərin sayında 2,7 faiz azalma var, bu da pandemiya ilə əlaqədardır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR