Doktoranturaya qəbul imtahanlarının keçirilmə vaxtı müəyyənləşib

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 07 iyun 2021 15:27 (UTC +04:00)

“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilib.

APA-nın məlumatına görə, qərara əsasən, doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur, Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin rəyləri əsasında hər il aprelin 1-dək təsdiq edilir.

Doktoranturaya qəbul hər ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR