“DOST İş” Mərkəzi “YAŞAT” Fondu üçün 150 nəfəri işlə təmin edib

“DOST İş” Mərkəzi “YAŞAT” Fondu üçün 150 nəfəri işlə təmin edib
# 03 sentyabr 2021 10:22 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “DOST İş” Mərkəzi “YAŞAT” Fondunun şəhid ailələri və qazilərlə bağlı tədbirlərinə əlavə dəstəyin göstərilməsi məqsədilə 150 nəfəri işlə təmin edib.
Nazirlikdən APA-ya bildirilib ki, “İşsizin DOST”u proqramı çərçivəsində 150 sosial işçi Bakı və regional "ASAN xidmət" mərkəzlərinə təhkim edilib.

İşə qəbul olunan 150 nəfərin hər biri ilə Mərkəz arasında əmək müqaviləsi bağlanıb. Ümumilikdə “İşsizin DOST”u proqramı çərçivəsində hazırda 56 min şəxs ödənişli ictimai işlərdə çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR