Dövlət Komitəsi ana və körpəsinin faciəli ölümü ilə bağlı açıqlama yayıb

Dövlət Komitəsi ana və körpəsinin faciəli ölümü ilə bağlı açıqlama yayıb
# 02 sentyabr 2021 12:27 (UTC +04:00)

“Sosial şəbəkələrdə Aytən Niftəliyeva və körpə qızının ölümü ilə nəticələnən hadisə barədə yayılan məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti qurumların hər biri tərəfindən birgə araşdırılaraq müvafiq tədbirlər həyata keçirilməkdədir”.

Bu barədə APA-ya Komitədən məlumat verilib. Qeyd olunub ki, bu kimi hadisələrin cəmiyyəti sarsıdan, insanlara və ailələrə faciəvi təsirini önləmək üçün vətəndaşlardan məişət zorakılığı hallarının şahidi olduqda Komitəyə, o cümlədən 860 qaynar xəttinə müraciət etmələrini xahiş edilir: “Bir daha qeyd etmək istəyirik ki, qadınlara, uşaqlara, o cümlədən öz doğmalarına qarşı zorakılıq yolverilməzdir və biz hamılıqla belə halları şiddətlə qınamalı, həmçinin öz vətəndaşlıq borcumuzu yerinə yetirərək müvafiq dövlət orqanları və ictimai qurumlarla birgə bu bəlaya qarşı mübarizə aparmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR