Dövlət qulluğu, aqrar sığorta eksperti və peşəkar mühasib sertifikatları üçün imtahanlar keçirilir  

Dövlət qulluğu, aqrar sığorta eksperti və peşəkar mühasib sertifikatları üçün imtahanlar keçirilir  
# 21 noyabr 2021 12:01 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün Mərkəzin A.Salamzadə 28 ünvanında yerləşən binasında, kompüterlər vasitəsilə dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı və aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsi keçirilir.
DİM-dən APA-ya verilən məlumata görə, aqrar sığorta fəaliyyəti ilə bağlı imtahan saat 10-da, digər imtahan isə saat 11-də başlayıb.
Hər iki imtahanın müddəti 3 saatdır.
Qeyd edək ki, bu gün, həmçinin kağız daşıyıcılar vasitəsilə Peşəkar Mühasib Sertifikatı almaq istəyən namizədlər üçün imtahanın I mərhələsi də keçirilir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR