Dövlət qulluğunun xüsusi növündə qulluq illərinin staja daxil edilməsi şərtləri hazırlanacaq

Dövlət qulluğunun xüsusi növündə qulluq illərinin staja daxil edilməsi şərtləri hazırlanacaq
# 14 iyul 2021 18:04 (UTC +04:00)

Nazirlər Kabineti dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını hazırlayacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR