DSX rəisi helikopter qəzasında yaralanmış hərbçilərə baş çəkib - FOTO

DSX rəisi helikopter qəzasında yaralanmış hərbçilərə baş çəkib

© APA | DSX rəisi helikopter qəzasında yaralanmış hərbçilərə baş çəkib

# 03 dekabr 2021 11:31 (UTC +04:00)

Dekabrın 3-də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması nəti­cəsində yaralanmış və hazırda DSX-nin Hərbi Hospitalında müalicə alan polkovnik-leytenant Cəfərov Emil Məmməd oğluna və kapitan Ədilov Ramin Ramiz oğluna baş çəkib.

Bu barədə APA-ya DSX Mətbuat Mərkəzindən bildirilib. Elçin Quliyev hərbi qulluqçularla söhbət etmiş, səh­hətlərinin vəziyyətilə maraqlanmış, tezliklə sağalmalarını arzulayıb.

Hərbi qulluqçuların sağlamlıq durumu və müalicələrinin gedişatı DSX rəisinə məruzə olunub, onların sağlamlıqlarının bərpa olun­ması və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlərin görüldüyü bildi­rilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR