Dünyada indiyədək koronavirusdan vəfat etmiş səhiyyə işçilərinin sayı açıqlanıb

Tedros Adanom Qebreyesus

© APA | Tedros Adanom Qebreyesus

# 24 may 2021 14:08 (UTC +04:00)

Koronavirus pandemiyası səbəbindən dünyada səhiyyə sahəsində çalışan 115 minədək işçi vəfat edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirilən 74-cü Ümumdünya Səhiyyə Assambleyasında bildirib.

O qeyd edib ki, hesabat hələlik tam dəqiqləşməsə də, ən azı 115 min səhiyyə işçisinin insanların sağlamlığının keşiyində durarkən koronavirusdan vəfat etdiyi güman olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR