Ədliyyə Nazirliyi: Bəziləri Azərbaycandan narkotik vasitələrin tranzit nəqli üçün istifadə etməyə çalışır

Ədliyyə Nazirliyi: Bəziləri Azərbaycandan narkotik vasitələrin tranzit nəqli üçün istifadə etməyə çalışır
# 26 iyul 2021 11:53 (UTC +04:00)

“Azərbaycan coğrafi cəhətdən elə bir mövqedə yerləşir ki, bəziləri buradan narkotik vasitələrin tranzit nəqli üçün istifadə etməyə çalışır”.

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin narkologiya üzrə inspektoru-həkim Fərman Fərmayılov bildirib.

Onun sözlərinə görə, həmçinin ölkənin iqlimi yabanı halda bitən bitkilər üçün əlverişlidir: “Torpaqlarımız işğaldan azad olunana qədər erməni qəsbkarları tərəfindən narkotik vasitələrin becərilməsi, nəzarətsiz şəkildə sərhəddən daşınması çox geniş yayılmışdı. Artıq torpaqlarımız işğaldan azad edilib və sərhədlərə nəzarət bərpa olunub. Bu nöqteyi-nəzərdə ölkə ərazisindən tranzit nəqli kimi istifadə olunmur. Bununla mübarizə həddindən artıq çətindir. Həbs olunan narkotik ticarətçiləri ilə bağlı videolara baxanda da görünür ki, onlar narkotik vasitələrin daşınması üçün ağlagəlməz üsullardan istifadə edirlər. Hazırda ölkədə bu istiqamətdə ciddi mübarizə aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR