ƏƏSMN əmək pensiyalarının təyinatı zamanı hansı sənədin əsas götürülməsini açıqlayıb

ƏƏSMN əmək pensiyalarının təyinatı zamanı hansı sənədin əsas götürülməsini açıqlayıb
# 02 noyabr 2021 12:12 (UTC +04:00)

“Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının icraatında olan işlərin təxminən 70 faizi yaşa görə əmək pensiyasına çıxmaqla bağlı müraciətlərdir”.

APA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının direktoru Abuzər Mütəllimov bildirib.

“Bu sual doğura bilər ki, necə ola bilər bu işlər məhkəməyə gedib və vətəndaşa təyinat aparılmayıb. Bu gün qadınlar 62 yarım, kişilər 65 yaşda pensiyaya çıxırsa və ya yaşa görə müavinət almaq üçün müraciət edirsə, bu o deməkdir ki, bu şəxslərin böyük əksəriyyəti Sovet dövründə işləyənlərdir. Verilən imtinalar əsasən onunla bağlı olur ki, Sovet dövründə insanlar daha çox zavodlarda, fabriklərdə çalışırdı, bunlar isə bu gün mövcud deyil” – o deyib.

A.Mütəllimovun sözlərinə görə, vətəndaş müraciət edib əmək kitabçasını təqdim edərkən, həmin şəxsin işlədiyi yerə gedib qarışıqlığı yerində yoxlamaq mümkün olmur: “Yaxud da vətəndaş əmək kitabçası yerinə hansısa arxiv qurumdan arayış təqdim edir. İstər qanunvericilikdə, istərsə də Əmək Məcəlləsinin 87-ci maddəsində konkret göstərilir ki, iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Yəni istər DSMF-nin siyasəti, istərsə də rəhbər qurum olan ƏƏSMN-nin siyasəti ondan ibarətdir ki, vətəndaşın işlədiyi illəri təsdiq edən əmək kitabçası əsas sənəd kimi qəbul edilir, ona uyğun da təyinat aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR