Əli Əsədov rusiyalı həmkarına başsağlığı verib

Əli Əsədov rusiyalı həmkarına başsağlığı verib
# 07 iyul 2021 11:27 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinütindən APA-ya verilən məlumata görə, Baş nazir Kamçatkada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərindən kədərləndiyini bildirib.

Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR