Əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişir - VİDEO

Əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişir - VİDEO
# 01 iyun 2021 10:56 (UTC +04:00)

Əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişir.

APA-nın məlumatına görə, bu, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, “I dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”, “II dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 61-80 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”, “III dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 31-60 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər” anlayışı ilə əvəzlənir.

Qeyd edək ki, istehsalat qəzaları və peşə xəstəlikləri ilə bağlı orqanizmin funksiyalarının 10-31 faiz itirilməsinə görə də əlillik müəyyən ediləcək.

Qanun qəbul edildikdən sonra 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR