Emin Əmrullayev: "Təhsil müəssisələrində pandemiya qaydalarına dair təlimat bu gündən qüvvədədir"

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 22 sentyabr 2021 11:07 (UTC +04:00)

Təhsil müəssisələrində pandemiya qaydalarına dair təlimat təsdiqlənib və artıq bu gündən qüvvədədir”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təlimat mövcud şəraitə uyğun olaraq şəxsi-gigiyena və sanitar qaydalara əməl olunması, ümumilikdə şagirdlər arasında sıxlığın idarə edilməsi və bu proses zamanı təhsil müəssisələrinin fəaliyyətini tənzimləməyə yönəlib: “Təbii ki, risklər var. Biz başa düşürük ki, pandemiya hələ bitməyib. Amma təhsili də davam etdirmək istəyirik. Bu isə yalnız Təhsil Nazirliyindən asılı deyil, bütün cəmiyyətimizdən asılıdır. Biz ara məsafəsini nə qədər çox saxlasaq, şəxsi gigiyena qaydalarına riayət etsək və peyvənd olunsaq, bunlar bizə təhsili əyani olaraq davam etməyə imkan verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR