Erkin Rəhimov: "Uşaqların peyvəndlənməsinin azalması göyöskürək və qızılcanın yayılma ehtimalını artıra bilər"

Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov

© APA | Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov

# 09 iyul 2021 15:35 (UTC +04:00)

“COVİD dönəmində uşaqların peyvəndlənməsi azalıb”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov "Uşaqların vaksinasiyası" mövzusunda çıxışında deyib.

O bildirib ki, insanlar xəstəxanaya getməyə qorxurlar: “Xəstə uşaqları heç gətirmirlər, yalnız sağlam uşaqlar peyvənd olunurlar. Peyvəndlər vaxtında vurulmazsa, uşaqlar üçün COVID-dən daha təhlükəli olan göyöskürək, qızılca, tetanus və digər xəstəliklərin yayılma ehtimalı arta bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR