Ermənistanın Azərbaycana vurduğu ziyana dair iddialar qaldırılması ilə bağlı MM-də xüsusi dinləmə keçiriləcək

Milli Məclis

© APA | Milli Məclis

# 20 sentyabr 2021 16:40 (UTC +04:00)

Vətən Müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı Milli Məclisdə xüsusi dinləmə keçiriləcək.

APA-nın məlumatına görə, bu, parlamentin İnsan hüquqları komitəsinin 2021-ci il payız sessiyası üçün iş planına daxil edilib.

Sessiya müddətində Vətən Müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərin, Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclisdə xüsusi dinləmə keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR