Eşitmə və nitq məhdudiyyətli şəxslər üçün proqram təminatı və "Telegram bot" hazırlanır

Eşitmə və nitq məhdudiyyətli şəxslər üçün proqram təminatı və "Telegram bot" hazırlanır
# 24 iyun 2021 16:39 (UTC +04:00)

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya eşitmə və nitq məhdudiyyəti olan şəxslərin ünsiyyət probleminin aradan qaldırılmasına yardım edəcək proqram təminatı layihəsini və işarə dilinin rahat öyrənilməsi üçün “Telegram bot” hazırlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, layihəyə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, ADA Universiteti və “Karlara Dəstək” İctimai Birliyi dəstək verəcək.

Bu məqsədlə tərəflər arasında keçirilən onlayn konfransda işarə dilinin intellektual tanınma sisteminin konseptual modeli, məlumat bazasının toplanması və “Telegram bot” haqqında müzakirələr aparılıb.

Milli Observatoriyanın İdarə Heyətinin sədri Elşən Əsədov bildirib ki, layihənin tətbiq olunması bu kateqoriyadan olan şəxslərin ətrafdakı insanlarla ünsiyyətini asanlaşdıracaq, onların cəmiyyətə inteqrasiyasına yardım edəcək.

Millət vəkili Şahin Seyidzadə bu kimi innovativ sosial layihələrin əhəmiyyətini qeyd edib. ADA Universitetinin dosenti Cəmaləddin Həsənov layihə üçün tədqiqat və modelləşdirmə istiqamətində dəstək verəcəklərini, “Karlara Dəstək” İctimai Birliyinin sədri Kamran Abbasov isə işarə dilindəki bəzi hərflərin qeyri-müəyyənlik problemini aradan qaldıracağını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR