ETSN: Hirkan meşələri gələn il UNESCO-nun irs siyahısına daxil olacaq

ETSN: Hirkan meşələri gələn il UNESCO-nun irs siyahısına daxil olacaq
# 08 dekabr 2021 11:17 (UTC +04:00)

"Milli parklarda şəffaflığın artırılması və digər məsələlərlə bağlı işlər görülür".

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biomüxtəlifliyin Mühafizəsi departamentinin direktor müavini Rəşad Allahverdiyev “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdərəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi üzrə ilkin milli seminarda deyib.

O bildirib ki, Hirkan Milli Parkı seçilmiş ərazilərdən biridir: "2022-ci ilin iyun ayında Hirkan meşələri UNESCO-nun ümumdünya irs siyahısına daxil olacaq. Burada artıq UNESCO çərçivəsində müəyyən fəaliyyətlərin aparılması qarşıya hədəflərdən biri kimi qoyulub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR