ETSN: Oxçuçayda qızıl farelin kütləvi məhvi qeydə alınıb

ETSN: Oxçuçayda qızıl farelin kütləvi məhvi qeydə alınıb
# 04 iyun 2021 15:37 (UTC +04:00)

“Oxçuçayda “Qırmızı kitab”a daxil edilmiş qızıl farelin kütləvi məhvi qeydə alınıb".

APA-nın məlumatına görə, bunu Regional Ekoloji Mərkəzin direktoru, İctimai Şuranın sədri Mələk Şükürova Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi və işğaldan azad olunmuş ərazilərdə ekoloji duruma dair mətbuat konfransında deyib.

O bildirib ki, bu proses davam edir: "Çayların çirklənməsi fauna və floranın da çirklənməsinə gətirib çıxarır. Həmçinin çayların çirklənməsi ümumilikdə su və torpağın çirklənməsinə səbəb olur. Bu, artıq insanların səhhətinə də təsir göstərir. Hazırda bunu hiss etmirik, amma qarşını almasaq, böyük faciə ilə sonlanar. Arazboyu ölkələr də bundan təsirlənəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR