Fekete: "Ölkə rəhbərinin həm yolların salınması, həm də Şuşanın əsaslı bərpası işlərini hansı qətiyyətlə apardığını görürük"

Vladimir Fekete, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi, Azərbaycandakı katolik kilsəsinin Yepiskopu

© APA | Vladimir Fekete, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi, Azərbaycandakı katolik kilsəsinin Yepiskopu

# 11 iyul 2021 12:23 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki dini konfessiya rəhbərlərinin Şuşa şəhərinə səfəri davam edir.

Səfər zamanı Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi, Azərbaycandakı katolik kilsəsinin Yepiskopu Vladimir Fekete APA-nın müxbirinə açıqlama verib.

O, əvvəlcə bu səfərin təşkili üçün Allahşükür Paşazadəyə minnətdarlığını bildirib. Fekete bir müddət əvvəl Ağdama səfər etdiklərini xatırladıb: “Biz 3 ay əvvəl Ağdam rayonunda səfərdə olanda oranın işğal zamanı necə dağıldığının şahidi olduq. Rayon bütövlükdə məhv edilib. Bu mənzərəni görəndə biz sarsılmışdıq. İşğal zamanı Ağdamda törədilmiş dağıntıları görəndən sonra Şuşada gördüklərimiz bizi bir qədər sevindirdi. Şuşada dağıntılar oradakı kimi deyil. Düzdür, burada da dağıntılar var, amma məscidlər, kilsələr saxlanılıb. Ölkə rəhbərinin həm yolların salınması, həm də Şuşanın əsaslı bərpası işlərini hansı qətiyyətlə apardığını görürük. Allaha şükürlər olsun ki, bu işlərə başlanılıb. Artıq keçmişi unudub, işıqlı gələcəyi düşünmək lazımdır. Burada mədəniyyət, tolerantlıq, dinlərarası münasibət daha da inkişaf edəcək.

Qoy Allah həmişə Azərbaycanı qorusun!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR