FHN Dövlət Yanğın Nəzarəti Xidməti Göyçayda seminar-müşavirə keçirib

FHN Göyçayda seminar-müşavirə keçirib

© APA | FHN Göyçayda seminar-müşavirə keçirib

# 14 iyul 2021 15:16 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Göyçay rayon İcra Hakimiyyətində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, seminar-müşavirədə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, FHN DYNX-nin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon Yanğından Mühafizə hissəsinin, habelə rayonun aidiyyəti təşkilatlarının məsul vəzifəli əməkdaşları iştirak edib.

Tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi qaydaları, kövşən sahələrin yandırılmaması, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, seminar-müşavirədə kənd təsərrüfatı texnikalarının ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən suyu götürməsinə şəraitin yaradılması və digər tələblər diqqətə çatdırılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR