FHN-in Cənub Regional Mərkəzi təlim keçirib - FOTO

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib - FOTO
# 13 noyabr 2021 12:15 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran rayon Yanğından Mühafizə Hissəsinin Liman bölməsində “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda təlim keçirib.

FHN-dən APA-ya verilən məlumata görə, təlim şərti qəza baş vermiş binada kəşfiyyatın aparılması, alpinist ləvazimatlarından istifadə etməklə yüksəklikdən zərərçəkmişin xilas edilməsi və təxliyənin təşkili vərdişlərinin təkmilləşdirilməsi, eyni zamanda, xilasedicilərin nəzəri biliklərinin artırılması və döyüş hazırlığı səviyyələrinin daha da yüksəldilməsi məqsədilə təşkil olunub.

Təlim zamanı xilasedicilər qarşıya qoyulmuş tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gəliblər.

Sonda təlimin təhlili aparılıb, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR