FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində toplantı keçirilib

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində toplantı

© APA | FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində toplantı

# 01 oktyabr 2021 16:56 (UTC +04:00)

Oktyabrın 1-də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində “2021-ci ilin çimərlik mövsümündə Xidmətin fəaliyyətinin təhlili, texnika və avadanlıqların konservasiyaya hazırlığı” mövzusunda tədris-metodiki toplantı keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, toplantıda Xidmətin rəhbərliyi, struktur bölmələrinin, eləcə də dalğıc-axtarış qrupları və sularda xilasetmə məntəqələrinin, regional şöbələrin məsul şəxsləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov 2021-ci ilin çimərlik mövsümü ərzində su hövzələrində boğulma hadisələri ilə mübarizə tədbirləri haqqında geniş məlumat verib, gələcək planlardan danışıb.

Daha sonra Xidmətin struktur bölmələrinin məsul əməkdaşları 2021-ci ilin çimərlik mövsümündə xidmətin təşkili, suda bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı əhali arasında maarifləndirmə işinin aparılması, çimərliklərdə təhlükəsizlik qaydalarına, o cümlədən xilasetmə avadanlıqlarından istifadə zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasına dair hesabat xarakterli çıxışlar ediblər.

Sonda Xidmət rəisi insanların sularda təhlükəsizliyi, kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı və axtarış-xilasetmə tədbirlərinin daha da səmərəli təşkil olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR