FHN-in Şimal-qərb Regional Mərkəzində meşə və yaşıllıq sahələrində yanğınlara qarşı mübarizəyə dair tədbir keçirilib - FOTO

FHN-in Şimal-qərb Regional Mərkəzində meşə və yaşıllıq sahələrində yanğınlara qarşı mübarizəyə dair tədbir keçirilib - FOTO
# 02 iyul 2021 16:36 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzində Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin regionda birgə apardıqları monitorinqlərin ümumi nəticələrini təhlil etmək üçün “Xüsusi mühafizə edilən ərazilərdə, meşə və yaşıllıq sahələrində yanğınlara qarşı mübarizə və qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda toplantı keçirilib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, tədbirdə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti struktur bölmə və qurumlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, Qəbələ rayon Polis şöbəsinin məsul vəzifəli şəxsləri, həmçinin inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak edib.

Toplantıda meşələrdə və əkin sahələrində yanğın təhlükəsizliyi qaydaları barədə məlumat verilib, yanğınların qarşısının alınmasında müvafiq yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin zəruriliyi vurğulanıb. Tədbirdə mövcud problemlər müzakirə olunub, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə düzgün riayət edilməsinə nəzarətin gücləndirilməsinin vacibliyi nəzərə çatdırılıb.

Tədbirin sonunda mövzu ilə bağlı təkliflər dinlənilib, aidiyyəti üzrə tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR