FHN: Yanğın-xilasetmə qrupuna daxil olan "BE-200ÇS" tipli amfibiya təyyarəsi səhər saatlarında Türkiyəyə yola düşüb - YENİLƏNİB

FHN: Yanğın-xilasetmə qrupuna daxil olan "BE-200ÇS" tipli amfibiya təyyarəsi səhər saatlarında Türkiyəyə yola düşüb - YENİLƏNİB

© APA | Yanğın-xilasetmə qrupuna daxil olan "BE-200ÇS" tipli amfibiya təyyarəsi

# 05 avqust 2021 09:21 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin 3-cü qrupu bu gün qardaş Türkiyə Respublikasına yola düşür.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın-xilasetmə qrupuna daxil olan "BE-200ÇS" tipli amfibiya təyyarəsi bu gün səhər saatlarında Türkiyəyə yola düşüb.

Qrupa daxil olan 40 ədəd yanğınsöndürmə texnikası və 150 nəfər yanğınsöndürən isə yaxın saatlarda qardaş ölkəyə yola düşəcək.

***

00.32

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti – 3-cü qrupu avqustun 5-də səhər saatlarında qardaş Türkiyə Respublikasına yola düşəcək.

FHN-dən APA-ya verilən məlumata görə, yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 1 ədəd "BE-200ÇS" tipli amfibiya təyyarəsi və 150 nəfər yanğınsöndürən daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR