Gecikdirilmiş 851,9 min manatın işçilərə ödənməsi təmin edilib

Gecikdirilmiş 851,9 min manatın işçilərə ödənməsi təmin edilib
# 16 oktyabr 2021 14:37 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar-sentyabr aylarında vətəndaş müraciətlərinin araşdırılması zamanı 851914 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Nazirlikdən APA-ya verilən məluamat görə, xidmətin gördüyü tədbirlər nəticəsində işəgötürənlər tərəfindən həmin vəsaitin işçilərə ödənilməsi təmin edilib.

Qeyd olunub ki, ödənilən vəsaitin 837636 manatı əmək haqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan ibarət olub.

Aidiyyəti işəgötürənlərə müvafiq məsələlərlə bağlı əmək qanunvericiliyindən irəli gələn tələblər izah olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR