Gəncdə “Nizami yurdu Gəncə” adlı kompazisiya nümayiş olunub - FOTO - VİDEO

Gəncdə “Nizami yurdu Gəncə” adlı kompazisiya nümayiş olunub

© APA | Gəncdə “Nizami yurdu Gəncə” adlı kompazisiya nümayiş olunub

# 25 may 2021 16:17 (UTC +04:00)

Gəncdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubleyi ilə əlaqədar olaraq “Nizami yurdu Gəncə” adlı musiqili, ədəbi-bəddi kompazisiya nümayiş etdirilib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbir Nizami Gəncəvinin məqbərəsində, Nizami müzeyinin qarşısında açıq hava baş tutub.

Mədəniyyət nazirliyi tərəfindən təşkil olunan tədbirdə mütəfəkkir şairin məqbərəsi və muzeyi ziyarət olunub.

Tədbir iştirakçıları dahi şairin məqbərəsini ziyarət edərək xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.

Prezident İlham Əliyevin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamından irəli gələrək təşkil olunan tədbirdə qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığından parçalar səsələndirilib, ədibin dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanan “Xəmsə”sindən kompazisiyalar nümayiş etdirilib.

Gəncə Dövlət Dram Teatrının və Gəncə Dövlət Kukla teratrının aktyorları səhnəciklər göstəriblər. Gəncə Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orksetri bir sıra ifalar təqdim edib.

Qeyd olunub ki, “Nizami Gəncəvi İli” çərçivəsində söz ustadının yaradıcılığının tədqiqi və təbliği məqsədilə silsilə tədbirlər davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR