Gəncə İH başçısı şəhid ailələri və qazilərlə görüşüb

Gəncə İH başçısı şəhid ailələri və qazilərlə görüşüb

© APA | Gəncə İH başçısı şəhid ailələri və qazilərlə görüşüb

# 29 oktyabr 2021 17:52 (UTC +04:00)

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid ailələri və qazilərlə görüşüb.

Bu barədə APA-ya Gəncə İH-dən məlumat verilib. Məlumatda bildirilib ki, son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə xüsusi diqqət və qayğı göstərilməkdədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirirlər.

Dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq Gəncədə də şəhid ailələri və qazilər daim diqqətdə saxlanılırlar. Şəhər rəhbərliyi və aidiyyəti qurumların nümayəndələri mütəmadi olaraq bu kateqoriyadan olan şəxslərlə görüşür, onları narahat edən məsələlərin dərhal həll edilməsi istiqamətində müvafiq işlər görülür.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə şəhid ailələri və qazilərlə görüşüb, onların şikayət və təkliflərini dinləyib. Pandemiya qaydalarına uyğun şəkildə baş tutan görüşdə Gəncədən olan millət vəkilləri, Kəpəz və Nizami rayon icra hakimiyyətlərinin başçıları, Kəpəz və Nizami bələdiyyələrinin sədrləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Görüşdə iştirak edən şəhid ailələri və qazilərin müraciətləri tək-tək dinlənilib. Müraciətlərin əsasını şəhid adının əbədiləşdirilməsi, mənzil uçotuna götürülmə, maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri, müalicə üçün göndərişin verilməsi və digər məsələlər təşkil edib. Dilə gətirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həlli üçün adiyyətı üzrə tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR