Goranboyda Rusiya vətəndaşını ilan sancıb

Goranboyda Rusiya vətəndaşını ilan sancıb
# 06 iyul 2021 19:14 (UTC +04:00)

Goranboyda 26 yaşlı oğlanı ilan vurub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Səfikürd kəndində baş verib. Kənddə qonaq olan 1995-ci il təvəllüdlü Rusiya vətəndaşı Nəsibov Vüqar Asif oğlunu həyətdə ayağından ilan sancıb.

Xəstəxanaya yerləşdirilən gəncə lazımi tibbi yardım göstərilib, vəziyyəti stabildir. Hazırda xəstəxana şəraitində müalicəsi davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR