Göyçayda qanunsuz fəaliyyət göstərən kafe aşkarlanıb

Göyçayda qanunsuz fəaliyyət göstərən kafe

© APA | Göyçayda qanunsuz fəaliyyət göstərən kafe

# 14 iyul 2021 17:04 (UTC +04:00)

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Göyçay rayonu, İnçə kəndində yerləşən, fiziki şəxs Sədiyev Vasif Ağasəf oğluna məxsus kafedə yoxlama keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi və müəssisədə sanitar vəziyyətin qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə əməl olunmadığı müəyyən olunub. Eyni zamanda, əməkdaşların dövri tibbi müayinədən keçirilmədiyi aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR