Gürcüstanda son sutkada koronavirusdan 61 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusdan 61 nəfər ölüb
# 06 sentyabr 2021 10:37 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 120 yoluxma halı qeydə alınıb, 61 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 565 957, ölənlərin sayı isə 7 867 nəfərə çatıb. Virusa yoluxanlardan 519 673 nəfərin (91%) sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR