Haçıqabul sakini qonşusunu bıçaqlayıb

Haçıqabul sakini qonşusunu bıçaqlayıb
# 06 iyul 2021 01:40 (UTC +04:00)

Hacıqabulda qonşular arasında dava düşüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Udulu qəsəbə sakini, 1982-ci il təvəllüdlü Atakişiyev Şükür Qüdrət oğlu münaqişə zəminində qonşusu tərəfindən bıçaqlanıb.

O, qulağının bir hissəsinin kəsilmiş diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR