Hande Harmançı: "Azərbaycanda iki doza vaksin qəbul edənlərin göstəricisi 45 faizi keçib"

Hande Harmancı

© APA | Hande Harmancı

# 23 noyabr 2021 13:17 (UTC +04:00)

“Azərbaycanda iki doza vaksin qəbul edənlərin göstəricisi 45 faizi keçib. Burada saylardan daha vacib kimlərin indiyə kimi vaksinasiyadan keçməməsini bilməkdir”.

APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, xüsusən 60 yaşdan yuxarı, xroniki xəstəliyi olanların, səhiyyə işçilərinin vaksini tam dozada qəbul etməsi çox vacibdir: “Ancaq bu şəkildə pandemiyanın öhdəsindən gələ bilərik. Hazırda vacib olan xüsusən risk altında olan insanların iki doza vaksin vurdurmasıdır, bunu bütün ölkədə edə bilsək, daha sonra 3-cü və 4-cü doza barədə danışa bilərik. Həmçinin dünyadakı vəziyyəti müəyyənləşdirmək lazımdır. Hazırda vacib olan həm dünyada, həm də Azərbaycanda risk qrupunda olanların sürətli şəkildə peyvənd olunmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR