Harmancı: “Yenidən qapanmaya getməmək üçün anti-karantin tədbirlərini davam etdirməliyik”

Hande Harmancı

© APA | Hande Harmancı

# 16 sentyabr 2021 13:01 (UTC +04:00)

“Azərbaycanda son vaxtlar koronavirusa yoluxma halları azalıb. Yoluxma çox yüksək saylara qalxsa da, artıq bu rəqəm 2000-ə düşüb. Bu, çox sevindiricidir”.

Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

ÜST nümayəndəsi bildirib ki, pandemiyanın tələblərinə Azərbaycanda çox yaxşı əməl edildiyi üçün yoluxma sayında azalma müşahidə edilir: “Amma bunu davam etdirmək lazımdır”.

ÜST nümayəndəsi payız-qış aylarında yoluxmanın artmasının səbəblərinə də aydınlıq gətirib. H. Harmancı bildirib ki, insanlar artıq açıq havadan içəri girir, pəncərələr bağlanır: “Xəstəliyin sayının artmasında bunlar çox vacib nüanslardır. Əgər biz buna diqqət etsək, yoluxma sayının artacağını düşünmək şərt deyil. Bütün əl gigiyenası, sosial məsafə, maskadan istifadə və peyvənd pandemiyadan xilas olmaq üçün etməli olduğumuz şeylərdir. Yəni bir daha qapanmaya getməmək üçün bunları etməliyik. Bunlar anti-karantin tədbirləridir. Əməl etsək, daha normal həyat yaşaya bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR