Həkim: "Böyrək daşı 2 həftə ərzində düşməsə, böyrəyin itirilməsinə səbəb ola bilər"

Həkim: "Böyrək daşı 2 həftə ərzində düşməsə, böyrəyin itirilməsinə səbəb ola bilər"
# 04 avqust 2021 15:43 (UTC +04:00)

"Böyrək daşı kanalda tıxanıqlıq yaradıbsa, bu, güclü ağrı, üşütmə, titrətmə verə bilər".

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov bildirib.

Onun sözlərinə görə, 10 gün, 2 həftə ərzində daş düşmürsə, bu, xəstə üçün təhlükəlidir, çünki nefronlar sıradan çıxır və bu, böyrəyin itirilməsinə səbəb ola bilər: "Əsas böyrəklə sidik kanalı arasında 20 millilik yerdir, daş sidik kanalına düşdükdən sonra rahat çıxa bilir. Daşın ölçüsündən asılı olaraq 7 millimetrə qədər olanda düşmə faizi 70-dir, 8-dirsə düşmə faizi 15-ə qədər enir. Elə xəstələr var ki, kanal dar olduğu daşın ölçüsü 4 millimetr olanda belə düşmür. 2 həftə ərzində böyrək daşının düşməsinə kömək etmək üçün bol maye içib hərəkətli olmaq, pilləkəni qalxıb-düşmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR