Həkim günvurmaya daha çox kimlərin məruz qaldığını açıqlayıb

Həkim günvurmaya daha çox kimlərin məruz qaldığını açıqlayıb
# 01 iyul 2021 15:14 (UTC +04:00)

“Mövsum başlayandan Təcili Yradıma günvurmadan 19 müraciət olub”.

APA-nın məlumatına görə, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva "Günvurma" mövzusunda çıxışında deyib.

Onun sözlərinə görə, 7 xəstə stasionara yerləşdirilib: “Digərlərinə yerində yardım göstərilərək, evə buraxılıblar. Yaşlı, həssas insanlar özlərini daha çox qorumalıdırlar. Bu, ürək tutmalarına, huş itirilməsinə gətirib çıxarır. Ən çox uşaqlar, yaşlılar və artıq çəkisi olanlar günvurmaya məruz qalır”.

N. Fərzəliyeva deyib ki, günvurma nəticəsində tərləmə uzun müddət davam edirsə, bu ağırlaşmalara gətirib çıxarır.

O bildirib ki, bununla su və duzun orqanizmdə miqdarı poozulur: “Günvurma günün qızmar vaxtlarında - səhər saat 11-12-dən axşam 17-18-ə kimi davam edir. Günvurma dərəcəsinə görə 3 növ olur. Yüngül əlamətlər başlayarsa, insan bunu hiss edir. Bu zaman başgicəllənmə, göz önündə qara nöqtələrin sayrışması, ürəkbulanma kimi hallar olur. İnsan gün vurmanı dərhal hiss edib fikir verməzsə, bu zaman günvurmanın təsiri ağırlaşır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR