Hüquq məsləhətxanaları, vəkil büroları və vəkil firmalarının vergi ödəyicisi kimi statusu müəyyənləşir

Hüquq məsləhətxanaları, vəkil büroları və vəkil firmalarının vergi ödəyicisi kimi statusu müəyyənləşir
# 29 oktyabr 2021 19:12 (UTC +04:00)

Vəkil qurumu (hüquq məsləhətxanaları, vəkil büroları, vəkil firmaları və s. ) vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan vəkil (vəkillər) tərəfindən yaradılmış, bu qurumda fəaliyyət göstərən vəkillə hüquqi yardım göstərilən şəxs arasında müqavilə münasibətlərini əlaqələndirən hüquqi şəxs olacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin noyabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Mövcud layihənin hazırlanmasının məqsədi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə vəkillik fəaliyyəti üzrə vergitutma məsələlərini dəqiqləşdirən müddəaların daxil edilməsi ilə əlaqədar “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda “vəkil qurumu” anlayışının təsbit edilməsinə və dəqiqləşdirilməsinə zərurət yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR