İcbari tibbi sığortanın tətbiqi və koronavirusla bağlı ölkədə son vəziyyətə dair MM-də dinləmələr keçiriləcək

Milli Məclis

© APA | Milli Məclis

# 08 sentyabr 2021 14:14 (UTC +04:00)

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı normativ-hüquqi aktlara dəyişikliklərin edilməsinə dair parlamentdə dinləmə keçiriləcək.

APA-nın məlumatına görə, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planına daxil edilib.

Komitənin iş planına həmçinin, “Koronavirus (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlərə dair dinləmə”, “Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri”, “Optika və optikaçılıq ilə bağlı”, “Ürək və qan dövranı çatışmazlığı xəstəliklərinə dair” dinləmələrin keçirilməsi daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR