İcradan qərəzli yayınan 1562 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb

İcradan qərəzli yayınan 1562 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb

© APA | Ədliyyə Nazirliyində müşavirə

# 02 avqust 2021 19:01 (UTC +04:00)

İcradan yayınma hallarının qarşısının alınması ilə bağlı ciddi tədbirlər həyata keçirilib. Bu il belə hallara yol verən 2.800 şəxs inzibati məsuliyyətə cəlb olunub, 244 borclu barəsində cinayət işi başlanılıb.

APA-nın məlumatına görə, bunu videokonfrans formatında keçirilən müşavirədə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi – baş icra məmuru İlqar Cəfərov bildirib. Onun sözlərinə görə, icradan qərəzli yayınan 1.562 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş 1.245 nəfərin üzərindən isə əvvəllər qoyulmuş belə məhdudiyyətlər götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR