İdarə rəisi: "Amnistiya tətbiq olunan şəxslərin əvvəlki məhkumluqlarının olub-olmaması yoxlanır"

Vüqar Abışov

© APA | Vüqar Abışov

# 11 noyabr 2021 12:15 (UTC +04:00)

"Amnistiya tətbiq olunan şəxslərin əvvəlki məhkumluqlarının olub-olmaması yoxlanır".

APA-nın məlumatına görə, bunu Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı keçirilən ilə dəyirmi masada Penitensiar Xidmətin təşkilat-nəzarət idarəsinin rəisi Vüqar Abışov deyib.

O bildirib ki, amnitsiya aktı qəbul edilən gündən aidiyyəti üzrə komissiya və işçi qrupu yaradılır: “Penitensiar müəssisələr üzrə bu günə qədər 100-dən çox məhkum azad edilib, cəza müddəti azaldılan məhkumlarla bağlı isə prokurorluğa təqdim edilib”.

V. Abışov qeyd edib ki, əfv və amnistiya aktları islah işlərinə də təsir edib.

Onun sözlərinə görə, 2020-ci ildə pandemiya şəraitində ölkə başçısının əfv sərəncamı imzalanıb və 65 yaşdan yuxarı 176 nəfər əfv edilib: “Bu, vətəndaşın harada olmasından asılı olmayaraq, dövlət qayğısı ilə əhatə olunduğunu göstərir. Amnistiya aktı müəyyən kateqoriya məhkumlara müsbət təsir edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR