Məhkəmə Hüquq Şurasına iki yeni üzv qəbul edilib.
Məhkəmə Hüquq Şurasından APA-ya verillən məlumata görə, Şurada apellyasiya instansiyası üzrə 2 vakant yer mövcüd olub: "Həmin vakansiyalar üzrə Azərbaycan Hakimləri Assosiasiyaları İttifaqı tərəfindən namizədlər irəli sürülüb və həmin namizədlər sırasından Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev Məhkəmə-Hüquq Şurasının yeni üzvləri seçiliblər".
Xatırladaq ki, Məhkəmə Hüquq Şurasının 13 üzvü var. Şuranın sədri isə ədliyyə naziri Fikrət Məmmədovdur.