İki marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib

İki marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib
# 08 iyul 2021 12:15 (UTC +04:00)

İki müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, bu gündən 39 (Parlament prospekti/Şəhidlər xiyabanı-Yeni Yasamal “Qismət”Ş/s) nömrəli marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilərək Parlament prospektinə (Şəhidlər Xiyabanı) qədər təşkil edilib.

169 (Binə Atçılıq – Ulduz m/st.) nömrəli marşrut xəttinin hərəkət istiqaməti “Koroğlu” NMM-dən keçməklə təşkil edilib. Həmçinin dəyişikliyə əsasən marşrut xətti Binə Atçılıq yaşayış sahəsində “Badamlıq” adlanan əraziyə fəaliyyət göstərəcək. Həmin ərazidə məskunlaşan və marşrut xəttindən istifadə edən vətəndaşlar “Koroğlu” NMM-ə birbaşa çıxışı təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR