İmişlidə Azərbaycan və İtaliya alimləri birgə arxeoloji tədqiqat aparır

İmişlidə Azərbaycan və İtaliya alimləri birgə arxeoloji tədqiqat aparır
# 16 noyabr 2021 09:12 (UTC +04:00)

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və İtaliyanın Neapol Universiteti arasında imzalanmış memoranduma əsasən İmişli rayonu ərazisində birgə tədqiqat işləri keçirilib.

İnstitutdan APA-ya verilən xəbərə görə, Azərbaycan tərəfini İmişli ekspedisiyasının rəisi Mikayıl Mustafayev, institutun “Tədris və beynəlxalq əlaqələr” şöbəsinin müdiri Səfər Aşurov, “Numizmatika və Epiqrafika” şöbəsinin müdiri Akif Quliyev, İtaliya tərəfini isə Neapol Unversitetinin Şərqşünaslıq Departamentinin əməkdaşı doktor Manuel Kastelluççia təmsil edib.

İmişli ərazisində olan Qızıl Təpə, Yeddi Təpə və Qalayeri adlanan abidələrdən yerüstü arxeoloji materiallar toplanaraq abidələrin ərazisi və mühafizə zonaları müəyyən edilib. GPS koordinatları təyin edilən abidələrin fotogeometrik xəritəsinin hazırlanması məqsədi ilə DJV Phantom 4.2 PRO dronu vasitəsi ilə çəkilişlər aparılıb.

Tədqiqatların aparılmasında məqsəd gələcəkdə rayon ərazisində mövcud olan arxeoloji abidələrin məlumat bazasının yaradılması, pasportlaşdırılması və mühafizəsinin təşkilidir.

Bundan əlavə yaxın zamanlarda abidələrin georadar vasitəsi ilə skan edilməsi də nəzərdə tutulur. Bu gələcəkdə arxeoloji tədqiqatların səmərələşdirilməsini daha da artıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR