İranda ötən sutkada 123 nəfər koronavirusdan ölüb

İranda ötən sutkada 123 nəfər koronavirusdan ölüb
# 11 noyabr 2021 15:44 (UTC +04:00)

İranda ötən sutka ərzində 123 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 127 809 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 7 539 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 019 947 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR