İranda son sutkada koronavirusdan 217 nəfər ölüb

İranda son sutkada koronavirusdan 217 nəfər ölüb
# 02 oktyabr 2021 15:27 (UTC +04:00)

İranda ötən sutka ərzində 217 nəfər koronavirusdan ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 120880 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 10135 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 5611700 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR