İstismara yararsız nəqliyyat növlərinin utilizasiyası proqramı tətbiq olunacaq

İstismara yararsız nəqliyyat növlərinin utilizasiyası proqramı tətbiq olunacaq
# 29 iyun 2021 16:56 (UTC +04:00)

“Azərbaycanda ekoloji təmizliyi qorumaq məqsədilə istismara yararsız nəqliyyat növlərinin utilizasiyası proqramının tətbiqi ilə bağlı əsas mərhələ yekunlaşıb”.

APA-nın məlumatına görə, bunu “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov deyib.

Onun sözlərinə görə, sənəd layihələri hazırlanıb və aidiyyəti dövlət qurumları ilə görüşlər baş tutub: “Təkliflər müzakirə olunub. İki dəfə sənəd layihələri üzərinə zəruri dəyişiklik edilib. Hazırda sonuncu mərhələdəyik. Müəyyən məsələlərlə bağlı texniki fikir ayrılıqları dəqiqləşdikdən sonra hesab edirik ki, qısa müddət ərzində sənəd layihələrini baxılması üçün Nazirlər Kabinetinə göndərəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR