İTSDA milli yığma komandaların tibbi təminatına cavabdeh olacaq

İTSDA milli yığma komandaların tibbi təminatına cavabdeh olacaq
# 30 sentyabr 2021 15:10 (UTC +04:00)

Nazirlər Kabineti “Milli yığma komandaların maddi-texniki, elmi-metodiki, tibbi-bioloji, tibbi və antidopinq təminatı Qaydası”da dəyişiklik edib.

APA-nın məlumatına görə, qüvvədə olan Qaydaya əsasən, milli yığma komandaların beynəlxalq yarışlara hazırlığı və beynəlxalq yarışlarda iştirakı zamanı elmi-metodiki və tibbi təminatı Gənclər və İdman, Səhiyyə nazirlikləri, Milli Olimpiya, Paralimpiya, Deflimpiya, Xüsusi Olimpiya komitələri və respublika idman federasiyaları tərəfindən həyata keçirilir.

Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi milli yığma komandaların tibbi təminatına cavabdeh olacaq. Başqa sözlə, milli yığma komandaların beynəlxalq yarışlara hazırlığı və beynəlxalq yarışlarda iştirakı zamanı elmi-metodiki və tibbi təminatı Gənclər və İdman Nazirliyi (elmi-metodiki təminata münasibətdə), Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (tibbi təminata münasibətdə), Milli Olimpiya, Paralimpiya, Deflimpiya, Xüsusi Olimpiya komitələri və respublika idman federasiyaları həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR