İyul ayı üçün “COVID-19 vaksin randevu” elektron xidməti aktiv edilib - VİDEO - YENİLƏNİB

İyul ayı üçün “COVID-19 vaksin randevu” elektron xidməti aktiv edilib - VİDEO  - YENİLƏNİB
# 29 iyun 2021 16:58 (UTC +04:00)

İyul ayında COVID-19 xəstəliyinə qarşı peyvənd olunmaq istəyənlər 29 iyun tarixindən etibarən onlayn qaydada növbə götürə bilərlər.

İcbariTibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-ya bildirilib ki, bunun üçün yaşı 18-dən yuxarı olan şəxslər “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməlidir.

Hazırda Azərbaycan Respublikasında “CoronaVac”, “Vaxzevria”, “Sputnik V” və “Pfizer” vaksinlərindən istifadə edilir.

Məlumat üçün bildirək ki, peyvənd olunmaq üçün növbəti ay üzrə onlayn növbənin götürülməsi cari ayın son günlərindən başlayaraq mümkün olur.

“COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə qaydası ilə https://www.youtube.com/watch?v=Il9fX5OM-pE linkindən tanış olmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR